Liderlər görüşür - Nə dəyişəcək?
13 Dekabr 2025, 15:47
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1174
13.12.2024, 14:03
Xəbər verdiyimiz kimi “Time” jurnalı ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı “İlin adamı” kimi tanıyıb.
Oxu24.com xəbər verir ki, redaksiya bunu “Trampın siyasi dirçəlişi Amerika tarixində görünməmiş bir hadisədir”, - deyə şərh edib.
Məqalədə qeyd olunur ki, milyarderin ilk prezidentlik müddəti “rüsvayçılıqla başa çatıb” və 2020-ci il seçkilərinin nəticələrini ləğv etmək cəhdləri Kapitoliyə hücuma və uzun sürən məhkəmə proseslərinə səbəb olub.
Buna baxmayaraq, Tramp 2023-cü ildə “tarixdəki ən sürətli prezident seçkilərindən birini” qazanıb və Respublikaçılar Partiyasından prezidentliyə namizəd olub. Bir il sonra milyarder sui-qəsd cəhdindən sağ çıxıb və prezident seçkilərində qalib gəlib.

ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçirilib. Bu posta Respublikaçılar Partiyasının nümayəndəsi Donald Tramp və Demokratlar Partiyasının namizədi Kamala Harris mübarizə aparıb. Əvvəlcə namizədliyini irəli sürən ABŞ-ın hazırkı prezidenti Co Bayden Harrisin xeyrinə yarışdan çıxıb.
Qələbə qazanmaq üçün siyasətçilərdən biri ən azı 270 seçici səsini toplamalı idi. Səsvermənin nəticələrinə görə, Tramp 312, Harris isə 226 səs toplayıb. ABŞ-nin 47-ci prezidentinin andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq.
Seçki kampaniyasında Donald Tramp “iqtisadiyyat, immiqrasiya və mədəni məsələlərlə bağlı dərin milli narazılığa toxunub”.
Həmçinin oxuyun
"Donald Tramp sadə ideyaları olan mürəkkəb bir insandır və həddindən artıq çox siyasətçi bunun tam əksidir", - onun müşaviri Callienn Conway "Time"a müsahibəsində deyib.
"Time" "İlin adamı№nın özü ilə də danışıb. Qollarında qançırların haradan olduğunu soruşduqda o, belə cavab verdi: “Bu, minlərlə insanla əl sıxışmaqdandır”. Seçki kampaniyası ilə müqayisədə Tramp nəşrə “daha təmkinli və daha az səsli” görünüb.
Siyasətçi bildirib ki, seçki vədlərini yerinə yetirməyə çalışacaq. Məsələn, Meksika ilə sərhəddə nəzarəti gücləndirmək, sərhəddə divarı tamamlamaq, 11 milyon qeyri-qanuni miqrantı ölkədən çıxarmaq, ABŞ-nin müttəfiqləri ilə münasibətlərini dəyişmək, Yaxın Şərqdə və Ukraynada sülh yaratmaq və s.
ABŞ-nin yeni seçilmiş prezidenti etiraf edib ki, Rusiya-Ukrayna münaqişəsinə 24 saat ərzində son qoymaq mümkün olmayacaq. O , həmçinin Kiyevi Amerikanın Rusiyaya raket hücumlarına görə tənqid edib. Onun fikrincə, buna icazə verən ABŞ səlahiyyətliləri “müharibəsi daha da qızışdırır və daha da pisləşdirir”.

Daha kim ilin adamı ola bilərdi?
“Time” jurnalına görə “İlin adamı” adına namizədlər siyahısına Trampdan əlavə, ABŞ prezident seçkilərində uduzan Kamala Harris, iş adamı İlon Mask, Aleksey Navalının həyat yoldaşı Yuliya Navalnaya, İsrailin baş naziri Benyamin Netanyahu, Uels şahzadəsi Keyt Middlton, "Meta" şirkətinin baş direktoru Mark Zukerberq və daha dörd nəfər də daxil olub.
Xatırladaq ki, 2016-cı ildə də Tramp jurnal tərəfindən "İlin adamı" seçilmişdi.
15:47 / 13 Dekabr 2025
10
15:39 / 13 Dekabr 2025
21
15:08 / 13 Dekabr 2025
783
14:50 / 13 Dekabr 2025
42
14:38 / 13 Dekabr 2025
62
14:28 / 13 Dekabr 2025
59
14:22 / 13 Dekabr 2025
54
14:12 / 13 Dekabr 2025
173
13:14 / 13 Dekabr 2025
577
13:07 / 13 Dekabr 2025
323
12:58 / 13 Dekabr 2025
178
12:16 / 13 Dekabr 2025
988
12:08 / 13 Dekabr 2025
114
11:44 / 13 Dekabr 2025
77
11:30 / 13 Dekabr 2025
94
11:09 / 13 Dekabr 2025
924
11:07 / 13 Dekabr 2025
405
10:25 / 13 Dekabr 2025
1122
09:15 / 13 Dekabr 2025
879
09:06 / 13 Dekabr 2025
743
08:45 / 13 Dekabr 2025
135
08:37 / 13 Dekabr 2025
160
00:28 / 13 Dekabr 2025
160
00:14 / 13 Dekabr 2025
1122
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.